Üç mindən çox müəllim imtahana çağırıldı

İbtidai sinif üzrə imtahanlar davam edir.

Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, iyulun 8-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir.

Bu gün namizədlər ibtidai sinif üzrə keçirilən imtahanlarda iştirak edirlər.

İmtahanlara 3291 namizəd dəvət olunub.