Yerə “potensial təhlükəli” hesab olunan 3 asteroid yaxınlaşır.
Yenicag.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Milli Kosmik Agentliyinin (NASA) Yerətrafı obyektləri tədqiqi mərkəzi bildirib.
Məlumata görə, kosmik daşlar 25 dekabrda Yerə ən yaxın məsafədən keçəcəklər. Onlardan ən böyüyü təxminən üç milyon kilometr məsafədə planetimizə yaxınlaşacaq, onun təxmini diametri 200 metrdir. 501647 (2014 SD224) adı verilən asteroid sonuncu dəfə 2020-ci ilin yanvarında Yer kürəsinə yaxınlaşmışdı. Növbəti dəfə o, 2021-ci ilin dekabrında Yerin yaxınlığından keçəcək.
Qeyd edək ki, NASA planetə 7,5 milyon kilometrədək yaxınlaşan bütün obyektləri “potensial təhlükəli” hesab edir.