Üç tələbə “selfi”nin qurbanı oldu – Qatarın altında qaldılar

Hindistanda dəmir yolunda selfi çəkdirmək istəyən üç tələbənin bu istəyi faciə ilə nəticələnib.

Yenicag.az xəbər verir ki, onların üçü də qatarın altında qalaraq ölüb. Hadisə ölkənin cənubunda, Banqalor şəhərinin 30 kilometrliyində baş verib. Həlak olanlar 16, 18 və 20 yaşlı tələbələr olub.

Yerli polis dəmir yolunda həlak olanların çantalarını və onlara məxsus olduğu güman edilən iki motosiklet tapıb.

COP29