Üç universitet kitabxanasından 80.000 funt sterlinq dəyərində kitab oğurlayan və onlayn satışını həyata keçirən gənc polis tərəfindən saxlanılıb.
Yenicag.az BBC-yə istinadən xəbər verir ki, məhkəmə 28 yaşlı Barrınin Edinburq, Napier və Heriot-Vatt universitetindən minlərlə kitab oğurladığını aşkar edib. Hadisə tələbələrdən birinin oğurlanmış kitabı oxuduğu universitetdən almasından sonra üzə çıxıb.
Barrın 25 ay müddətinə həbs edilib.
Samirə Əliyeva