Üç uşaq anası narkoman çıxdı – Foto

c8ecccf2-d7e1-4d0c-9e8e-38572d476e9eAbşeron Rayon Polis İdarəsi Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları özünü şübhəli aparan 41 yaşlı İlham Dadaşovu saxlayıblar. İdarədə onun üzərinə baxış keçirilərkən narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb.

Fəhləliklə məşğul olduğunu deyən İlham Dadaşovun sözlərinə görə, narkotiki öz istifadəsi üçün tanımadığı şəxsdən alıb.

38 yaşlı Pərvanə Məmmədova da şübhəli şəxs qismində saxlanılaraq idarəyə gətirilib. Orada onun üzərindən qurudulmuş marixuana aşkarlanıb. Evlərdə təmizlik işi görməklə dolanan Pərvanə qazandığı pulları narkotikə xərclədiyini bildirib. Qeyd edək ki, 3 uşaq anası olan Pərvanə Məmmədovanın həyat yoldaşı da narkotikin güdazına gedib və bir ilə yaxındır ki, həbsdədir.

Hər iki faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.(Kəpəz TV )