Üç uşaq anası özünü bu vəziyyətə saldı – FOTOLAR

Dodaqlarına gel vurduran 3 uşaq anasının zahiri görkəmini dəyişmək istəyi ona baha başa gəlib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, qadını əməliyyat etmiş cərrah Ozan Özkan nəzərdə tutulan nəticənin əldə olunmamasını pasiyentin dodaq damarlarındakı ölmüş hüceyrələrlə əlaqələndirib.

Həkimin sözlərinə görə, qadını əvvəlki görkəminə qaytarmağa çalışacaq, lakin onun dodaqları artıq əvvəlki kimi olmayacaq.

Müxtəlif ölkələrdə estetik əməliyyatların müəyyən statistikasına əsasən, nəticə heç də planlşadırılan kimi olmur.

Mütəxəssislər bu kimi hallarla qarşılaşmamaq üçün pasiyentlərin yalançı reklamlara inanmamalarını, zəruri hallarda isə yalnız özünü təsdiqləmiş tibb müəssisələrinə və həkimlərə üz tutmağı tövsiyə edirlər.