Ucarda 4 otaqlı ev yandı

Ucarda yanğın hadisəsi qeydə alınıb.

Yenicag.az FHN-ə istinadən xəbər verir ki, rayonun Bərgüşad kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.