Ucarda ev yandı

Ucarda birmərtəbəli ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, rayonun Şahlıq kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli evin döşəməsi 20 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.