Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ucarda evlərdən oğurluq edən şəxs ələ keçdi

Ucar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenicag.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri oğurluq əməlini törədən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş İlkin Məmmədov saxlanılıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, İ.Məmmədov rayon ərazisində yerləşən bir fərdi yaşayış evindən 2 900 manat dəyərində məişət əşyaları və naqil, digər evdən isə 3 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, xalça, su mühərriki və samovar oğurlayıb.

Həmin şəxs saxlanılan zaman isə onun idarə etdiyi “VAZ-2101” markalı avtomobildən bir ədəd süngü bıçaq aşkar edilərək götürülüb.

Faktla əlaqədar Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb. Onun digər analoji hadisələr də iştirakının olub-olmaması araşdırılır.

 

 

www.yenicag.az

163
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100