Ucarda iki avtomobil toqquşdu: yaralananlar var

Ucarda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az APA-ya istinasən xəbər verir ki, hadisə bu gün gündüz saatlarında Ucar-Zərdab yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Ucarın Qazyan kənd sakini, 1973-cü il təvəllüdlü Etibar Musa oğlu Əhədovun idarə etdiyi “VAZ-2107” markalı maşınla rayonun Lək kənd sakini, 1973-cü il təvəllüdlü Elxan Zülfi oğlu Əliyevin idarə etdiyi “Hyundai” markalı avtomobilin toqquşması nəticədə hər iki sürücü və “VAZ” markalı maşında olan sərnişin, 1972-ci il təvəllüdlü Fəttah Hüseyn oğlu Ağayev müxtəlif xəsarətlər alaraq, Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.