Ucarda məzunlar yol qəzasına düşüb

Faktla bağlı araşdırma aparılır.

Ucar rayonunda yol qəzasında xəsarət alan məzunların adları məlum olub.

Göyçay rayon sakini, 1995-cü il təvəllüdlü Namiq Alik oğlu Məmmədov kirayə götürdüyü “VAZ-2107” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarında olan “Mercedes” markalı avtomobilə çırpılıb.
Nəticədə sürücü və avtomobildə olan sərnişinlər – Göyçay şəhər 7 saylı orta məktəbin XI sinif şagirdləri, 2000-ci il təvəllüdlü Fərhad Siyavuş oğlu Əhmədov və 1999-cu il təvəllüdlü İlham Ceyhun oğlu Əhmədov xəsarət alıblar.

***
Ucar rayonunda orta məktəb məzunları yol qəzasına düşüb, xəsarət alanlar var.

Hadisə bu gün 15:30 radələrinə şəhərin mərkəzində qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, qəza zamanı minik maşınında sürücü və sərnişinlər – XI sinif şagirdləri olublar. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır. (report)

Yenicag.az