Ucarda QƏZA: Mikroavtobus yol kənarına aşdı – Ölən var

Ucarda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, ötən gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qaracallı kəndindən keçən hissəsində “Mercedes Vito” markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə sərnişin qismində olan Daşkəsən rayon sakini, 1976-cı il təvəllüdlü Rizvan Bayram oğlu Əliyev aldığı xəsarətlərdən ölüb. Daha 2 nəfər isə yüngül xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır