Ucarda yanğın baş verdi

Ucar rayonunun Rəstəcə kəndində ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə və damına yığılan 200 kiloqram ot bağlaması yanıb.

Bu barədə Yenicag.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.