Üçmərtəbəli evdə yanğın oldu

Bakıda üçmərtəbəli evdə yanğın olub.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nizami rayonunda üçmərtəbəli fərdi yaşayış evində baş verən yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.