!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Üçqat dünya çempionu həmkarına dəstək oldu – “Çox çətin ildir”

!Reklam – Yazi

Formula 1 üzrə 3 qat Dünya Çempionu Lyuis Hamilton testlərə qəzalarla başlayan Uilliams-ın debütant sürücüsü Lans Strolla dəstək olub.

Lyuis Həmilton düşünür ki, Stroll idmana fiziki cəhətdən çox çətin dövrdə gəlib və buna görə də səhvlər labüddür:

“Onu başa düşürəm. Formula 1-ə gəlmək üçün çox çətin ildir. Bilirəm ki, o Uilliams komandasıyla Dünyanın hər yerində testlər edib. Əksər sürücülərdən çox hazırlaşıb. Amma bunlar gözləniləndir. Yeni bolidləri sürmək asan deyil. Artıq döngələrdə çox sürətliyik. Həssaslıq isə əvvəlki illərə nisbətən daha çox vacibdir.

Bunlar ilk mərhələdir. Təcrübəniz yoxdursa, yerinizdə fırlanmadan sürə bilməzsiniz. Bu gözləniləndir. Səhvləri indi etməsi ilk yarışda etməsindən daha yaxşıdır”.

Xatırladaq ki, Stroll testlərin üçüncü günündə iki dəfə tras xaricinə çıxıb və ikinci çıxışında baryerlərə çırpılıb. Uilliams komandası testlərin üçüncü gününü vaxtından əvvəl bağlamalı olub.

Stroll testlərin ikinci günündə də yerində fırlanaraq bolidin ön qanadını zədələmiş və komandada ehtiyat ön qanad olmadığı üçün ikinci günü də vaxtından əvvəl bağlamışdılar.

Yeniçağ.az

www.yenicag.az

504
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv