“Üçrəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!” – Çavuşoğludan 20 Yanvarla bağlı PAYLAŞIM

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 20 Yanvar faciəsinin ildönümü ilə bağlı “Twitter” hesabında paylaşım edib.

Yenicag.az xəbər verir ki, M. Çavuşoğlu paylaşımında yazır: “20 Yanvar 1990-cı ildə Can Azərbaycanın istiqlalı uğrunda həyatlarını fəda edən qardaşlarımızı rəhmətlə anırıq. Şəhidlərin simvolu olan qərənfillər azad Azərbaycan torpaqlarının simvolu olan Xarıbülbüllə birlikdə açır. Üçrəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!”