Üçtərəfli iclas keçiriləcək – Müzakirə olanacaq MƏSƏLƏLƏR

Yaxın gələcəkdə İran, Azərbaycan və Türkiyə rəsmilərinin iştirakı ilə Tehranda üçtərəfli iclas keçiriləcək.

Yenicag.az-ın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bu gün keçirilən mətbuat konfransında deyib.

S.Xətibzadənin sözlərinə görə, iclasda bir çox məsələlər, o cümlədən regional əməkdaşlıq müzakirə olunacaq.

İranlı rəsmi iclasın baş tutacağı tarixi açıqlamayıb.