!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Üçtərəfli qaz mübadiləsi sazişi: "Rusiya altdan-altdan öz işini görür" - Partiya sədri

!Reklam – Yazi

“Azərbaycan yeni imzalanan qaz layihəsində açar rolunu oynayır”.

Bu fikirləri Türkmənistan qazının İran və Azərbaycandan keçməklə Türkiyəyə, oradan da Avropaya çatdırılmasına Rusiyanın susqun qalmasını şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elşad Musayev bildirib ki, Rusiya susmalıdır:

“Rusiya susur, ancaq Transxəzər qaz kəməri layihəsinin həyata keçirilməsinə mane olur. Xəzər dənizinin altı ilə Türkmənistan qazı Azərbaycana gələ bilər. Bunda Türkiyə də maraqlıdır. Rusiya susmur, diplomatik yolla altdan-altdan öz işini görür.

Əldə edilən razılaşmanın əhəmiyyəti həddən artıq çoxdur. Bu həm Türkmənistana, həm Azərbaycana, həm də Avropaya sərf edir. Burada eyni zamanda, Azərbaycanın maraqları ABŞ-nin maraqları ilə üst-üstə düşür. Çünki ABŞ Avropanın qaz asılılığındadır. Rusiyanın qaz asılılığından qurtulmaq üçün Tramp Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədova məktub göndərmişdi ki, isti münasibətlər qursun. Ən əhəmiyyətli cəhətlərdən biri də odur ki, Azərbaycan İranı da bu işə qoşa bildi. İran bu prosesə qoşulmaqla Avropadan özünə qarşı olan təzyiqləri neytrallaşdırır. Burada hər dövlətin marağı təmin olunur”.

Səxavət Məmməd

www.yenicag.az

574
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv