Uçuş zamanı dəhşətli hadisə: Təyyarənin pilotu öldü

Rusiyanın “Aeroflot” şirkətinə məxsus təyyarənin pilotu uçuş zamanı dünyasını dəyişib.

Yenicag.az TASS agentliyinə istinadən xəbər verir ki, hadisə Moskvadan Anapaya uçan təyyarədə baş verib. İkinci pilotun vəziyyətinin pisləşməsi səbəbilə təyyarə təcili eniş etməli olub və Rostovda qəza enişi edib. Hadisə yerinə təcili-tibbi yardım briqadası cəlb olunsa da, həkimlərin səyinə baxmayaraq pilotun həyatını xilas etmək mümkün olmayıb.

Həkimlər pilotun qəfil ürəktutmadan vəfat etdiyini bildiriblər.

Daha sonra reys başa çatdırılıb.