Uçuşa hazırlaşarkən yandı – Sərnişin təyyarəsi

Finlandiyanın paytaxtı Helsinkinin hava limanında Çexiya Hava Yollarına məxsus təyyarə Praqaya uçuşa hazırlaşarkən yanıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, yanğın təyyarə hərkətdə olarkən baş verib.

Hadisə yerinə 14 yanğınsöndümə briqadası və xilasedici cəlb edilib. Sərnişinlər təyyarənin göyərtəsindən təxliyə olunublar. Qəza nəticəsində xəsarət alan olmayıb.