“Ucuz həyət evləri alarkən həm sənədləşmə, həm də keyfiyyətlə bağlı bütün xırdalıqlara diqqət yetirmək lazımdır”.
Bu fikirləri ucuz qiymətə təklif olunan makler evlərinin keyfiyyətsiz olmasının səbəblərinə toxunan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, ucuz fərdi həyət evlərinin alışı azamanı vətəndaşlar sənədləşmə məsələsində daha diqqətli olmalıdırlar:
“Vətəndaşlar dəyərindən ucuz əmlak alırlarsa, bu halda mütləq zəruri araşdırma aparmalıdırlar. Dəyərindən ucuz və yaxud şübhəli ərazidə əmlak alarkən, evin tikintisinin keyfiyyətini müəyyənləşdirmək üçün mütəxəssisə müraciət edilməlidir.
Belə evlərin inşası zamanı iç və çöl tərəfi suvanır, boyanır, divar kağızları ilə örtülür və alt hisslərində istifadə edilən tikinti materiallarını görmək mümkün olmur. Buna görə də o evlərin bünövrəsini, yerləşməsini, qonşularla ara divar məsafəsini dəqiqləşdirmək üçün mütəxəssis rəyiinə ehtiyac yaranər.
Ucuz fərdi həyət evlərini alarkən, vətəndaşlar sənədləşmə məsələsində daha diqqətli olmalıdırlar. Çünki əksər halarda belə evlərin çıxarışı olmur və alqı-satqı prosesi sadəcə, etibarnamə vasitəsilə rəsmiləşdirilir”.
Nuray Məmmədzadə