!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ucuzlaşan lirə və baha qiymətə satılan türk malları: "Əgər normal rəqabətli mühit olsaydı..." - İqtisadçı RƏYİ

!Reklam – Yazi

“Lirənin ucuzlaşması Azərbaycan bazarına təsir göstərmir”.

Bu sözləri son günlər türk lirəsinin yenidən dəyər itirməsinə münasibət bildirən iqtisadçı Natiq Cəfərli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, tük lirəsinin dəyərdən düşməsinə əsas iki səbəb təsir edir:

“Birincisi, qlobal amildir. Dünyada dollar indeksi çox sürətlə bahalaşır. ABŞ Federal Ehtiyat Sistemi faiz və uçot dərəcəsini artırdıqca dolların çəkisi də yüksəlir. Son zamanlar dollar indeksi 104 funta qədər bahalaşıb. Bu, dolların bir çox valyutalara, o cümlədən türk lirəsinə qarşı güclənməsinə səbəb olur. İkinci səbəb isə geosiyasi amillərlə bağlıdır. NATO-nun genişlənməsi ilə bağlı Türkiyənin veto qoyacağı fikri Qərblə münasibətlərin yenidən pisləşəcəyi ehtimalını formalaşdırır. Bu proqnoz investorlara mənfi təsir göstərib. Artıq investorlar dollar almağa can atır”.

Lirənin ucuzlaşmasının Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığına mümkün təsirlərinə də toxunan Natiq Cəfərli bildirib ki, ölkədə rəqabətli mühitin olmaması fonunda lirənin ucuzlaşması hansısa ciddi təsirə malik deyil:

“Lirənin dollara nisbətdə ucuzlaşması baş versə də, Azərbaycanda dollar sabit şəkildədir. Ona görə də Türkiyədən ölkəmizə gətirilən məhsulların qiymətində müəyyən ucuzlaşma baş verməlidir. Təəssüf ki, bu ucuzlaşma yaşanmır. Lirənin ucuzlaşması bazara birbaşa təsir göstərmir. Əgər normal rəqabətli mühit olsaydı, türk məhsullarında qiymətlərin ucuzlaşması baş verə bilərdi”.

Qeyd edək ki, 2022-ci il mayın 18-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. 1 türk lirəsinin məzənnəsi isə 0.1069 manata enib. Eyni zamanda, lirə dollara nisbətdə də ucuzlaşıb.

Gülşən Şərif

www.yenicag.az

406
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv