UEFA AVRO-2020-ni təxirə saldı

Bu yay Avropanın 12 ölkəsində keçirilməsi planlaşdırılan AVRO-2020 təxirə salınıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bu barədə qərar UEFA-nın Avropa Klublar Assosiasiyası (ECA) və Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FİFPro) ilə görüşündə elan olunub.

Rəsmi qərarın UEFA-nın quruma üzv olan 55 milli assosiasiya rəsmiləri ilə bugünkü videokonfransında elan olunacağı bildirilib. Saat 18:00-da isə UEFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Qərara əsasən, turnir gələn ilin yayında təşkil olunacaq.