UEFA Azərbaycanın 9 klubuna ödəniş etdi – MƏBLƏĞ

UEFA “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində Azərbaycanın 9 klubuna (“Qarabağ” istisna olmaqla) ödəniş edib.

AFFA-dan Yenicag.az-a verilən məlumata görə, 2023/2024-cü illər mövsümü üçün ayrılmış 1 milyon 955 min avro maliyyə vəsaiti milli assosiasiyanın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

Məbləğ klublar arasında aşağıdakı qaydada bölüşdürülüb:

“Neftçi” – 217.222.22 avro

“Səbail” – 217.222.22 avro

“Qəbələ” – 217.222.22 avro

“Sumqayıt” – 217.222.22 avro

“Sabah” – 217.222.22 avro

“Araz-Naxçıvan” – 217.222.22 avro

“Zirə” – 217.222.22 avro

“Turan Tovuz” – 217.222.22 avro

“Kəpəz” – 217.222.22 avro.