Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

UEFA Azərbaycanın dörd klubuna maliyyə vəsaiti ayırdı

Reklam: High Technic

2016/17 mövsümündə UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərində iştirak etmiş bəzi klublar Feyr Pley qaydalarının pozulması nəticəsində cərimə sanksiyalarına məruz qalıblar.

Yenicag.az AFFA-nın saytına istinadən xəbər verir ki, cərimələrdən toplanmış vəsait yarış iştirakçıları arasında bölünüb.

Mükafatların bölgüsü qrup mərhələsində mübarizə aparan klublar üçün 80%, təsnifat mərhələsində çıxış edən klublar üçün 20% nəzərdə tutulub. Ötən mövsüm avrokuboklarda iştirak edən Azərbaycan təmsilçiləri də paylarına düşən məbləği alıblar. Avropa Liqasının qrup mərhələsində oynamış “Qarabağ”la “Qəbələ” hərəyə 78 min 300 avro, mübarizəni təsnifat mərhələlərində dayandıran “Neftçi” və “Kəpəz” hərəyə 8 min 540 avro əldə edib.

UEFA-dan ayrılan maliyyə vəsaiti artıq AFFA-nın vasitəçiliyi ilə klubların hesabına müvafiq qaydada köçürülüb.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

1303
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM