!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

UEFA Bakı Olimpiya Stadionunu mükafatlandırdı

!Reklam – Yazi

2015-ci ildən fəaliyyətə başlayan və hər il ən az bir beynəlxalq turnirə ev sahibliyi edən Bakı Olimpiya Stadionun UEFA tərəfindən mükafatlandırıldı.

Yenicag.az xəbər verir ki, aralarında Bakı Olimpiya Stadionu “Allianz Arena” “Aviva Stadium” “Kamp Nou” və “Santiago Bernabeu” kimi dünyaca məşhur stadionlar olan UEFA-nın Elit Stadionları siyahısına daxil edilib.

Qeyd edək ki, 29 May 2019-cu il tarixində Avropanın 2-ci ən nüfuzlu klub turniri olan UEFA Avropa Liqasının Final qarşılaşması Bakı Olimpiya Stadionunda baş tutmuşdur. AFFA-nın və Yerli Əməliyyat Komitəsinin əməkdaşlarının peşəkar təşkilatçılığı, hüquq-mühafizə orqanlarımızın yüksək təhlükəsizlik tədbirləri, KİV nümayəndələrinin media işləri, könüllülərimizin tamaşaçı xidmətləri, və stadionu dolduran azarkeşlərin dəstəyi ilə ərsəyə gələn gecənin sonunda Bakı bir daha mötəbər idman tədbirlərinə daim hazır olduğunu sübut etdi.

Xatırladaq ki, gələn il BOS ilk dəfə olaraq UEFA-nın 60 illiyi münasibəti ilə 12 müxtəlif stadionda keçiriləcək UEFA Avropa Çempionatı 2020-nin əsas stadionlarından biridir: burada 3 qrup matçı və 1 1\4 final oyunu keçiriləcək.

www.yenicag.az

3706
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv