UEFA Ukraynanın “Dnepr-1” komandasını Konfrans Liqasından kənarlaşdırıb.
Yenicag.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna klubun iflasa uğramaq təhlükəsi ilə üz-üzə qalması səbəb olub. Turnirin II təsnifat mərhələsində Macarıstanın “Puşkaş Akademiyası” komandası ilə qarşılaşmalı olan Ukrayna təmsilçisinə texniki məğlubiyyət verib.
Komanda daha əvvəl analoji səbəbdən Ukrayna Premyer Liqasından uzaqlaşdırılıb.
Qeyd edək ki, 2015-ci ildə əsası qoyulan “Dnepr-1” fəaliyyətini dayandıra bilər.