UEFA Millətlər Liqasının 5-ci turundakı matçda meydanı erkən tərk edən Kosovo yığmasını cəzalandırıb.
Yenicag.az xəbər verir ki, Rumıniya rəqibin bu hərəkətinə görə 3:0 hesablı texniki qələbə qazanıb.
Rumıniya millisi isə fanatların irqçi şüarlarına görə növbəti ev oyununu azarkeşsiz keçirəcək.
Qeyd edək ki, Rumıniya – Kosovo matçının 93-cü dəqiqəsində yerli azarkeşlər Serbiyanın adını qışqırmağa başlayıb. Bu səbəbdən oyun yarımçıq qalıb və qonaq komandanın futbolçuları meydanı tərk edib./Qafqazinfo/