UEFA bu ölkəni Millətlər Liqasından uzaqlaşdırdı

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya millisini 2024/25 Millətlər Liqasının püşkatma mərasiminə daxil etməyib.

Yenicag.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 2024/25-ci illər Millətlər Liqasında 54 komanda iştirak edəcək.

Turnir 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının seçmə mərhələsinin bir hissəsi olacaq.

Qeyd edək ki, Ukrayna ilə müharibəyə başladıqdan sonra FİFA və UEFA Rusiya yığmasını, o cümlədən bu ölkənin klublarını beynəlxalq yarışlardan uzaqlaşdırıb.