UEFA Çempionlar Liqası: “Çelsi” pley-offa vəsiqəni təmin etdi

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunun oyunları keçirilir.

Yenicag.az çərşənbə axşamı xəbər verir ki, Avstriyanın “Zaltsburq” klubu İngiltərənin “Çelsi” klubunu qəbul edib.

Oyun qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. “Çelsi”nin heyətində qolları M.Kovaçiç (23-cü dəqiqə) və K.Haverts (64) vurublar, meydan sahibi komandasının yeganə qolunu isə D.Adamu (48) vurub.

Qeyd edək ki, “Çelsi” qrupda xallarının sayını 10-a çatdıraraq pley-off mərhələsinə vəsiqəni təmin edib.