UEFA Azərbaycanın əsas millisinə görə də AFFA-nı cərimələyib.
Yenicag.az xəbər verir ki, buna yığmanın evdə Avstriyaya qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələ oyunu səbəb olub.
Komandanın 5 üzvü sözügedən matçda sarı vərəqə aldığı üçün milli assosiasiya 6000 avro ödəməlidir.
Qeyd edək ki, görüş Avstriyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Milli üzvlərindən Coşqun Diniyev, Anton Krivotsyuk, Toral Bayramov, Şahrudin Məhəmmədəliyev və Ramil Şeydayev sarı vərəqə ilə cəzalandırılıblar./report
***
10:46
UEFA 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə görə AFFA-nı cərimələyib.
Yenicag.az xəbər verir ki, buna yığmanın Bakıda Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı AVRO-2025-in seçmə mərhələ matçının gec başlaması səbəb olub.
Milli assosiasiya buna görə 5000 avro ödəməlidir. U-21-in baş məşqçisi Samir Əliyev isə oyun gec start götürdüyü üçün xəbərdarlıq alıb.
Qeyd edək ki, oktyabrın 12-də gerçəkləşən qarşılaşma Şimali İrlandiyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb./report