!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

UEFA-dan azərbaycanlı hakimə yeni təyinat

!Reklam – Yazi

UEFA Gənclər Liqasının 1/4 final mərhələsinə təyinatlar açıqlanıb. Yeniçağ.az xəbər verir ki, qitə futbol qurumu Azərbaycan hakimlərinə də təyinat verib.

Belə ki, martın 7-də Rusiyanın MOİK və Portuqaliyanın “Benfika” klubları arasında keçiriləcək görüş həmyerlilərimizə tapşırılıb. Moskvada keçiriləcək qarşılaşmanı FİFA referisi Əliyar Ağayev idarə edəcək.
Onun köməkçiləri Rza Məmmədovla Akif Əmirəli olacaq. Matçın dördüncü hakimi funksiyasını Aleksandra Ponomaryova yerinə yetirəcək.

Həmyerlilərimizin işinə rusiyalı hakim-inspektor Yuri Baskakov qiymət verəcək.

Qeyd edək ki, Oktyabr stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Yeniçağ.az

www.yenicag.az

515
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv