UEFA-dan “Beşiktaş”a cəza

UEFA Türkiyənin “Beşiktaş” klubunu cəzalandırıb.

Yenicag.az xəbər verir ki, İstanbul təmsilçisinə Çempionlar Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bavariya” klubu ilə ev oyununda baş verən olaylara görə pul cəriməsi kəsilib.

Qitə futbol qurumu “Beşiktaş”ı 34 min avro məbləğində cərimələyib.

Xatırladaq ki, İstanbulda keçirilmiş “Beşiktaş” – “Bavariya” oyununda türkiyəli fanatlar tərəfindən meydançaya yad əşyalar atılmışdı. Baş verənlərə görə cərimələnən “Beşiktaş”a UEFA tərəfindən xəbərdarlıq da olunub.

COP29