UEFA-dan Əliyar Ağayevə daha bir təyinat

Azərbaycanlı FİFA referisi Əliyar Ağayevə daha bir təyinat gəlib.

Yenicag.az xəbər verir ki, gənc fit sahibi noyabrın 19-da keçiriləcək Danimarka – İrlandiya qarşılaşmasını idarə edəcək.

UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək görüşdə, Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək.

Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.

COP29