Futbol üzrə Rumıniya millisi bir oyunu azarkeşsiz keçirməli olacaq.
Yenicag.az xəbər verir ki, bu barədə UEFA-nın İntizam Komitəsi qərar qəbul edib.
Buna Rumıniyanın Millətlər Liqasında Serbiyaya qarşı keçirdiyi ev oyununda azarkeşlərin qeyri-etik davranışları səbəb olub.
Qeyd edək ki, Rumıniya yığması noyabrın 17-də Millətlər Liqasın çərçivəsində Litvanı qəbul edəcək.