!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

UEFA Ermənistan yığmasını cərimələdi

!Reklam – Yazi

UEFA Ermənistan Futbol Federasiyasını 18 min avro məbləğində cərimələyib.

Yenicag.az istinadən xəbər verir ki, buna Ermənistan yığmasının azarkeşlərinin UEFA Millətlər Liqasının III turunda evdə Cəbəllütariqlə matçda etdikləri qeyri-etik hərəkətlər səbəb olub. Fanatlar sözügedən qarşılaşmada meydana yad əşyalar atıb və tribunada insident törədiblər.

Qeyd edək ki, görüş Cəbəllüttariqin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu yığmanın tarixində ilk rəsmi qələbəsi olub./Report/

www.yenicag.az

2410
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv