!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

UEFA futbolçulardan butulkalara toxunmamağı xahiş etdi

!Reklam – Yazi

UEFA Avropa çempionatında mübarizə aparan milli komandalara müraciət edib.

Yenicag.az xəbər verir ki, bu barədə AVRO-2020-nin direktoru Martin Kallen mətbuat konfransında deyib.

Onun sözlərinə görə, UEFA futbolçulardan mətbuat konfransı zamanı stolun üzərinə qoyulan içki butulkalarına toxunmamağı xahiş edib: “Bu, vacib məsələdir. Çünki sponsorların gəliri həm turnir, həm də Avropa futbolu üçün çox önəmlidir”.

Qeyd edək ki, əvvəlcə Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu mətbuat konfransında AVRO-2020-nin sponsorlarından olan “Coca-Cola”dan imtina etməklə bağlı çağırış edib. Ardınca isə Fransa yığmasının yarımmüdafiəçisi Pol Poqba mətbuat konfransı zamanı pivə butulkasını götürərək yerə qoyub.

www.yenicag.az

871
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv