“Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxıb.
Yenicag.az xəbər verir ki, Azərbaycan təmsilçisi səfərdə İsveçrənin “Bazel” klubu ilə qarşılaşıb. Görüş rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu noyabrın 6-da Bakıda təşkil olunacaq. Bu cütün qalibi 3-cü mərhələdə “Braqa” (Portuqaliya) – “Rapid” (Avstriya) duelinin güclüsü ilə üz-üzə gələcək.