UEFA İsraildə keçiriləcək futbol oyunlarını ləğv etdi

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) himayəsi altında keçirilən matçlar növbəti bildirişə qədər İsraildə oynanılmayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidmətindən məlumat verilib.

“Bütün İsrail ərazisi üzrə mövcud təhlükəsizlik vəziyyətinin hərtərəfli qiymətləndirilməsindən sonra UEFA-nın icraiyyə komitəsi qərara gəlib ki, təşkilatın himayəsi altında keçirilən turnirlərin matçları növbəti xəbərdarlığa qədər ölkə ərazisində keçirilməyəcək”, – deyə məlumatda qeyd edilib.
Mənbə: TASS