!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

UEFA koronavirus səbəbindən növbədənkənar iclas keçirəcək

!Reklam – Yazi

Koronavirusun dünyanın bir çox ölkəsində sürətlə yayılması UEFA-nı hərəkətə gətirib.

Yenicag.az xəbər verir ki, bu gün qitə futbol qurumu məsələ ilə əlaqədar olaraq Amsterdamda növbədənkənar iclas keçirəcək.

Sayca 44-cü UEFA Konqresində koronavirusla bağlı son durumla bağlı müzakirələr aparılacaq, çıxış yolları axtarılacaq. İtaliya, İsveçrə kimi çempionat oyunları təxirə salınmış ölkələrdəki vəziyyət təhlil ediləcək, həmçinin AVRO-2020-nin bəzi ev sahiblərinin dəyişdirilmə ehtimalı gözdən keçiriləcək.

Qeyd edək ki, AVRO-2020 12 iyun – 12 iyul tarixlərində Avropanın 12 şəhərində baş tutacaq. Bakı qrup mərhələsinin üç, 1/4 final mərhələsinin isə bir oyununu qəbul edəcək./Apa/

www.yenicag.az

584
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv