UEFA Merih Dəmiralı cəzalandırmayıb – YENİLƏNDİ

UEFA-nın Türkiyə – Avstriya matçında qol vurduqdan sonra “bozqurd” işarəsi göstərən Merih Dəmiralı cəzalandırması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.

Yenicag.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ko, bu barədə Türkiyə Futbol Federasiyasından bildirilib.

Qeys edilib ki, “Bild”ə istinadən yayılan xəbərlər gerçək deyil. Türkiyə tərəfi iyunun 5-də müdafiə ilə çıxış edəcək.

***22:52

UEFA Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən Türkiyə – Avstriya matçında qol vurduqdan sonra “bozqurd” işarəsi göstərən Merih Dəmiralı cəzalandırıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, qitənin ali futbol qurumu müdafiəçiyə iki oyunluq cəza verib. Bu da o deməkdir ki, Dəmiral 1/4 final mərhələsində Niderlanda qarşı oynaya bilməyəcək.

Qeyd edək ki, UEFA-nın sözügedən işarə ilə bağlı araşdırma başlatması Türkiyə tərəfindən etirazla qarşılanmışdı.

Onu da əlavə edək ki, Merih Dəmiral həmin qarşılaşmada dubl etmişdi./Qafqazinfo/

COP29