UEFA klubların yeni reytinqini açıqlayıb. Yeniçağ.az beynəlxalq qrumun rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarından sonra bəzi komandaların xal hesabında dəyişiklik olub.
Ötən gün “Bavariya”ya 2:1 hesabı ilə qalib gələn İspaniya “Real”ı siyahıya başçılıq edir. Almanlar isə ikinci pillədədir. “Barselona” 3-cü, “Atletiko” 4-cü yerdə qərarlaşıb.
Azərbaycan klubları arasında ən yaxşı göstərici “Qarabağ”a aiddir. Ağdam təmsilçisi 453 komandanın yer aldığı siyahıda 106-cı yerdə qərarlaşıb. “Neftçi” 185-ci, “Qəbələ” isə 162-cidir.
Azərbaycan klubları
106. “Qarabağ” – 18,050
162. “Neftçi” – 9,800
185. “Qəbələ” – 7,800
229. “İnter” – 6,050
277. “Xəzər Lənkəran” – 4,550
299. “Kəpəz” – 4,050
307. “Bakı” – 3,800
Qeyd edək ki, klubların reytinqi onların son beş mövsümdəki nəticələrinə əsasən hesablanır.
Yeniçağ.az