UEFA nümayəndələri Bakıya gəlir – Avroliqanın final matçı üçün

UEFA nümayəndələri fevralın 12-də Bakıya gələcək. Qurum rəsmiləri səfər zamanı 2019-cu ildə UEFA Avropa Liqasının final matçına səhnə olacaq Bakı Olimpiya Stadionunun hazırlıq prosesini müzakirə edəcəklər.

Yenicag.az xəbər verir ki, bunu saytımıza açıqlamasında BOS-un mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyeva deyib.

Onun sözlərinə görə, bu, UEFA nümayəndələrinin ikinci işgüzar səfəri olacaq. Bir həftəlik səfər zamanı final matçına hazırlıq prosesi müzakirə olunacaq. Müzakirələrdə daha çox departament nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, UEFA nümayəndələri Bakıya ilk səfər zamanı Olimpiya Stadionu barədə yüksək fikirdə olublar. Odur ki, UEFA-nın İcraiyyə Komitəsinin Avropa Liqasının final matçının məhz Bakıda keçirilməsinə razılıq verməsi təsadüfi deyil.

Qeyd edək ki, final matçı 2019-cu il mayın 29-da oynanılacaq.

Emin Səfərov

COP29