UEFA prezidenti İlham Əliyevə məktub göndərdi – Yenicag.Az

Reklam

Reklam

UEFA-nın prezidenti Aleksander Çeferin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Yenicag.az xəbər verir ki, təbrik mətnində deyilir:

“Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Azərbaycanda futbolun inkişafı ilə bağlı 2016-cı ildə Bakıda keçirdiyimiz görüşü məmnunluq hissi ilə xatırlayıram. İcazə verin, ötən müddətdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) və valehedici ölkənizin milyonlarla futbol azarkeşinə verdiyiniz dəstək üçün Sizə bir daha təşəkkürümü bildirim.

Prezidentliyinizin yeni dönəmində Bakıda dünya miqyaslı iki futbol tədbiri keçiriləcək – UEFA Avropa Liqası 2019-un final oyunu və Avro-2020-nin oyunları. Əminəm ki, Sizin dəstəyiniz və AFFA-nın diqqətəlayiq səyləri sayəsində hər iki vacib yarış birmənalı şəkildə uğurla keçiriləcəkdir.

Ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayıram”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 764
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."