Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

UEFA prezidentindən Bakıya dəstək

Reklam: Sinerji Pro

UEFA-nın prezidenti Aleksander Çeferin Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib.

Yenicag.az xəbər verir ki, Çeferin final oyunu fonunda Azərbaycanda insan haqlarının vəziyyəti haqqında deyilənlərə münasibət bildirərkən qeyd edib ki, bu, digər Avropa ölkələrinə də aiddir.

UEFA prezidenti Mxitaryanın “təhlükəsizlik” məsələsinə görə Bakıya gəlməməsindən də danışıb. O bildirib ki, Mxitaryanın fikirləri Fransada “Avro-2016”nın keçirildiyi zaman dedikləri ilə paralellik təşkil edir.

“Terror hücumlarının hədəfində olan Fransada Avropa çempionatını təşkil etməyi bacardıq. Futbol bu cür gərginliklərə görə dayandırılsa gələcəkdə heç nə təşkil edə bilməyəcəyik”, – deyə UEFA prezidenti qeyd edib.

www.yenicag.az

8252