!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

UEFA “Qarabağ” klubunu yenə cərimələdi

!Reklam – Yazi

UEFA növbəti dəfə “Qarabağ” klubunu cərimələyib.

Avropa futbol qurumunun Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, buna səbəb Ağdam təmsilçisinin avqustun 13-ü Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində Kipr APOEL-inə 0:2 hesabı ilə uduzduğu matçda baş verənlərdir.

Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə azarkeşlər meydana kənar əşyalar atdığı üçün “Qarabağ”a 4 min 375 avro (8 min 225 manat) cərimə kəsilib.

Qeyd edək ki, ÇL-in III təsnifat mərhələsində Kipr APOEL-ini (2:1, 0:2) keçə bilməyən “Qarabağ” çıxışını Avropa Liqasında davam etdirir. Azərbaycan çempionu turnirin qrup mərhələsinin ilk matçında evdə İspaniya “Sevilya”sına məğlub olub – 0:3.

UEFA daha öncə “Qarabağ”ı İrlandiya Dandolk”unu məğlub etdiyi (3:0) Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa görə də cərimələyib.

www.yenicag.az

1849
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv