Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə matçda qırmızı vərəqə alan “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev və məşqçisi Elçin Rəhmanovun cəzaları bəlli olub.
Yenicag.az xəbər verir ki, UEFA İntizam Komitəsi həm futbolçuya, həm də məşqçiyə biroyunluq cəza verib.
Onların hər ikisi Avropa Liqasının 1/8 finalında “Bayer”ə (Leverkuzen) qarşı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanı tribunadan izləyəcək.
Qitə futbol qurumu, həmçinin sarı vərəqə limitini dolduran Julio Romaonun da biroyunluq cəzaya məruz qaldığını açıqlayıb.
Qeyd edək ki, “Qarabağ” – “Bayer” (Leverkuzen) görüşü martın 7-də saat 21:45-də başlayacaq./qafqazinfo