!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

UEFA “Qarabağ”ın müraciətinə nəyə görə “yox” cavabı verdi?

!Reklam – Yazi

Avropa Liqasının qrup mərhələsinin II turunun “Qarabağ” – “Nant” oyunu bir dəqiqəlik sükutla başlamayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Ağdam klubunun mətbuat xidməti yayıb.

Bildirilib ki, Azərbaycan – Ermənistan sərhədində dünyasını dəyişən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad olunması üçün UEFA-ya göndərilən müraciətə cavab gəlib. Qitə futbol qurumu avrokubok görüşündə belə addım atılmasına icazə verməyib:

“Bizə UEFA-dan cavab gəldi ki, narahatlığınızı başa düşür, anlayışla qarşılayırıq. Lakin bu məsələ futbolla bağlı olmadığı üçün icazə verə bilmərik”.

Qeyd edək ki, “Qarabağ” – “Nant” matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

www.yenicag.az

375
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv