UEFA “Qarabağ”la “Qəbələ”yə pul ayırdı

UEFA 2016/2017-ci il mövsümündə Avropa Liqası turnirində əldə olunmuş əlavə gəlirdən “Qarabağ” və “Qəbələ” klublarına vəsait ayırıb.

Yenicag.az xəbər verir ki, bu klublar müvafiq olaraq, 294 452 avro və 294 344 avro qazanıblar. Vəsait AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada “Qarabağ” və “Qəbələ” klubunun hesabına köçürülüb.

Qeyd edək ki, hər iki klub ötən mövsüm Avroliqanın qrup mərhələsində mübarizə aparıb.