UEFA “Real”ın kapitanı Serxio Ramosu cəzalandırıb.
Yenicag.az xəbər verir ki, buna səbəb 32 yaşlı müdafiəçinin Çempionlar Liqasının 1/8 final mərhələsinin “Ayaks”la ilk oyununda bilərəkdən sarı vərəqə alması olub.
Təcrübəli futbolçu sarı vərəqə ilə cəzalı duruma düşüb. UEFA İspaniya millisinin üzvünə əlavə bir oyunluq da cəza verib. Ramos “Ayaks”la cavab matçını və komandası mərhələni keçərsə, 1/4 finalın ilk oyununu da buraxacaq.
Bundan başqa, Ramos 1500 avro cərimə də olunub.